...

Azərbaycan prezidenti Rusiya müdafiə nazirini qəbul edib

Siyasət Materials 28 Dekabr 2008 02:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul edib, - məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev iki ölkənin hərbi və hərbi-texniki sahədə, müdafiə nazirlikləri arasında əməkdaşlığının genişləndiyini qeyd edərək, bu səfərin Azərbaycan-Rusiya hərbi və hərbi-texniki əməkdaşlığının yeni imkanları və perspektivlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.

Xəbər lenti

Xəbər lenti