...

Biz Azərbaycan tərəfi ilə rəqib deyilik, biz bir-birimizi tamamlayırıq - "Qazprom" ASC-nin İdarə Heyəti sədrinin müavini

Siyasət Materials 31 Dekabr 2008 17:03 (UTC +04:00)
Biz Azərbaycan tərəfi ilə rəqib deyilik, biz bir-birimizi tamamlayırıq - "Qazprom" ASC-nin İdarə Heyəti sədrinin müavini

Rusiya, Moskva, 31 dekabr / Trend müxbir R.Ağayev/ Azərbaycanlı tərəfdaşlarımızla istər ekspert, istər də rəhbərlik səviyyəsində çox yaxşı əlaqələrimiz var. Bunu Moskvadakı brifinqdə Trend müxbirinin sualını cavablandıran "Qazprom" ASC-nin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedyev deyib. Onun sözlərinə görə, bu yaxınlarda SOCAR nümayəndələri Moskvada səfərdə olublar və burada kifayət qədər məzmunlu danışıqlar aparıblar.

"Biz "Şahdəniz-2" yatağından qazın alınması ilə imkanlarını, Rusiya qazının Azərbaycan ərazisi ilə İrana nəqli və digər məsələləri nəzərdən keçiririk", - deyə Medvedyev bildirib.

"Biz Azərbaycan tərəfi ilə rəqib deyilik, biz bir-birimizi tamamlayırıq. Azərbaycan tərəfi ilə istər qısamüddətli, istər də uzunmüddətli perspektivə hesablanmış razılaşmaların imzalanması perspektivlərini normal kimi dəyərləndiririk", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti