Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir E.Tariverdiyeva/ Avropa İttifaqının mübahisədə neytral mövqeyini və Ukraynanın qaz anbarlarında qaz ehtiyatının olmasını nəzərə alaraq, Kiyev Rusiya ilə qaz münaqişəsinin həllini uzatmaqla risk etmir.
"Ukrayna üçün risk yoxdur; qaza olan tələbatlarının bir hissəsini şəxsi hasilatla, qalanını ehtiyat hesabına ödəyirlər", - iqtisadiyyat üzrə rusiyalı ekspert Mixail Delyagin bildirib.
2009 - cu il üçün müqavilə bağlanılmadığından, Rusiyanın "Qazprom" qaz Holdinqi yanvarın 1-dən Ukraynaya qaz ixracını dayandırıb. "Qazprom" nümayəndələrinin sözlərinə görə, bundan sonra Ukrayna üçüncü ölkələrə ixrac üçün nəzərdə tutulmuş qazı qeyri - qanuni şəkildə mənimsəməyə başlayıb, nəticədə, avropalı istehlakçılar ötən sutkalar ərzində 60 mln. kubmetr qaz almayıblar.
"Qazprom" rəhbərinin müavini Aleksandr Medvedyevin məlumatlarına görə, Ukrayna çərşənbə günü tranzit qazın Avropaya nəql edildiyi sonuncu, dördüncü qaz kəmərini bağlayıb. Rusiyanın qaz inhisarçısının bəyanatına görə, yanvarın 1 - 4 - də Ukrayna ərazisindən keçən üç Rusiya qaz kəmərini bağlayıb .
Ukraynanın "Naftoqaz" şirkəti isə bəyan edir ki, "Qazprom" çərşənbə günü Ukraynaya qaz tədarükünü tam dayandırıb.
Çərşənbə günü Rumıniya, Avstriya, Çexiya və Slovakiya Rusiya qazının tədarükünün tam dayandığını bəyan ediblər. Çərşənbə axşamı Rusiya qazının Ukraynanın tranzit zonası ilə Macarıstan, Makedoniya, Xorvatiya, Bolqarıstan, Türkiyə və Yunanıstana nəqli tam dayanıb.
Rusiyalı müşahidəçilərin rəyinə görə, Ukrayna süni surətdə Avropada qaz çatışmazlığı yaradaraq, incə oyun aparır.
"Onlar Rusiya qazını ona görə oğurlayırlar ki, Avropada qaz çatışmazlığı ilə bağlı qiymətlər artacaq, onda qazın 1 min kubmetrini təxminən 600 dollara Avropaya satmaq sərfəli olacaq", - Qloballaşma Problemləri İnstitutunun direktoru Delyagin Trend -a deyib.
O, bunun gözəl, savadlı möhtəkirlik oyunu hesab edir.
Ukraynalı ekspertlər isə əksinə, Rusiya qazı ilə bağlı yaranmış vəziyyəti Moskvanın fitnəsi və "Qazprom"un Avropanı Ukraynanı dövr etməklə yeni qaz kəmərinin çəkilməsinə sərmayə yatırmağa məcbur etmək cəhdələri hesab edirlər.
"Qazprom" Ukraynanı diskreditasiya etmək üçün qəsdən tranzit qazının həcmini azaldır, - Ukraynanın "Nomos" Mərkəzinin Enerji Proqramları direktoru Mixail Qonçar hesab edir, - Deutshe Welle saytı xəbər verir.
Qonçarın rəyinə görə, "Qazprom" Ukraynanı etibarlı tranzitçi kimi diskreditasiya etməyə və avropalıları dövrələmə qaz yollarının çəkilməsinə təhrik etməyə can atır.
"Həm iqtisadi böhran, həm də "Qazprom"un çox ağır problemli vəziyyəti bu ambisiyalı, siyasi motivli layihələri realizə etməyə imkan vermir", - ekspert deyib.
Onun rəyinə görə, bu layihələr yalnız avropalı vergi ödəyicilərinin vəsaitləri hesabına realizə oluna bilər.
Müşahidəçilər Moskva və Kiyev arasında qaz mübahisəsində Aİ-nin neytral mövqe tutacağı barədə eyni rəydədirlər.
Aİ kimisə dəstəkləməyəcək; hər iki tərəf eyni zamanda doğru və haqsızdır, - İtaliyanın Bruno Leoni İnstitutunun enerji departamentinin direktoru Karlo Staqnaro (Carlo Stagnaro) hesab edir.
"Bir tərəfi dəstəkləmək yox, rasional, davamlı və uzunmüddətli sazişin əldə olunmasına yardım etmək Aİ-nin maraqlarındadır", - o deyib.
Delyaginin rəyinə görə, Rusiya- Ukrayna qaz məsələsində Avropa öz maraqlarının tərəfində olacaq. "Avropalılar öz əlaltılarının əleyhinə çıxa bilmədikləri üçün, əl yelləməklə və hansısa məsələdə razılığa gəlmək xahişi ilə kifayətlənəcəklər", - o deyib.
Ekspertlərin proqnozlarına görə, qaz münaqişəsinin yaxın vaxtlarda həllini gözləməyə dəyməz.
Delyaginin rəyinə görə, bu, ləng prosesdir və ukraynalılara onu həll etmək lazım deyil.
Staqnaronun rəyinə görə, saziş bağlanılmayacaq; mübarizənin belə davamı heç kəsin maraqlarında deyil. "Lakin bu il adi "böhran" əvvəlkilərdən daha çox irəli gedib və bu cür "sazişin" əhəmiyyətinə dair suallar ortaya çıxır", - o, elektron poçtla Trend - a bildirib.
İtaliyalı ekspertin rəyinə görə, Rusiya çox şeyə olmasa da, Ukrayna üçün qazın qiymətinin bir qədər artırılmasına nail ola biləcək.
"2009 - cu ildə qazın qiymətləri düşməkdə davam edəcək və beləliklə də, bazar qiymətləri və Ukrayna üçün qiymətlər arasında fərq azalacaq", - Staqnaro deyib.
Materialın hazırlanmasında R.Ağayev (Moskva), A.Bədəlova (Bakı) iştirak ediblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]