...

Gürcüstan siyasi partiyalarının Gürcüstan-Amerika Xartiyasının imzalanması haqqında fikirləri müxtəlifdir

Siyasət Materials 10 Yanvar 2009 13:55 (UTC +04:00)

Gürcüstan, Bakı, 10 yanvar / Trend , N.Kirtsxaliya/ Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq haqqında Xartiyanın imzalanmasını Gürcüstanın siyasi partiyaları fərqli qəbul ediblər. Onların çoxu bu sənədi alqışlayır, lakin Vaşinqtonda hakimiyyətin dəyişməsi şəraitində bunu o qədər də təsirli saymırlar.    

Gürcüstanın Resupblikaçılar Partiyası Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq haqqında Xartiyanın imzalanmasını alqışlayır. "Gürcüstan və ABŞ arasında əməkdaşlıq nə qədər sıx olarsa, Resupblikaçılar Partiyası bunu yalnız alqışlayar" , - deyərək partiya liderlərindən olan Tina Xidaşeli bildirib.   

Bununla yanaşı, Xartiya mətninin sir saxlanmasına dair öz təəssüflərini bildirib. " Bu prosesdə mümkün qədər şəffaf olmaq lazım idi",- o hesab deyib.

Gürcüstanın Mühafizəkarlar Partiyasının sədri Kaxa Kukava Xartiyanın imzalanmasını Gürcüstan hakimiyyətinin "təbliğatçı addımı" adlandırıb. " Düşünürəm ki, bu bir neçə gündən sonra hakimiyyətdən gedəcək olan ABŞ hökuməti tərəfindən Gürcüstan hakimiyyətinə qarşı təbliğatçı bir jestdir".

Onun sözlərinə görə, "Xartiya deklorativ xarakterli sənəddir və heç bir hüquqi öhdəlik nəzərdə tutmur. " "Həmçinin, Xartiyanın qəbul edilməsinin sirdə saxlanması heç də demokratiyanın xeyrinə deyil", - o hesab edib.

Mühafizəkarlar Gürcüstan hökumətindən Xartiyanın mətninin imzalanmazdan əvvəl dərc olunmasını tələb ediblər. Ölkə hakimiyyətinin bildirdiyinə görə, Amerika tərəfi xahiş edib ki, mətn yalnız imzalandıqdan sonra dərc olunsun.

"Xartiyanın praktik nəticəsi olmayacaq. Bu sənəd ABŞ-ın hakimiyyətdən gedən administrasiyası ilə imzalanıb, bu isə çox az bir şey deməkdir", - müxalifət "Gürcüstan yolu" partiyasının lideri Salome Zurabişvili hesab edir.

"Yeni seçilmiş prezident Obamanın inaqurasiyada Gürcüstanın ABŞ tərəfindən dəstəklənəcəyini bildirməsi, bu sənəddən daha çox əhəmiyət kəsb edir", - Zurabişvili bildirib.

Keçmiş Baş nazir, hazırda isə "Ədalətli Gürcüstan uğrunda hərəkat"ın lideri Zurab Noqaidelinin də Gürcüstan-Amerika Xartiyasının imzalanmasını alqışladığını partiya nümayəndəsi, Gürcüstan parlamentinin üzvü Petre Mamradze bildirib.

"Bizim partiya bu Xartiyanın rəsmiləşməsini müsbət qiymətləndirir, xüsusi ilə də Gürcüstanın öz üzərinə demokratiyanı daha da inkişaf etdirmək öhdəliyini götürməsi baxımından", - o bildirib.

Mamradzenin fikrincə, Xartiyanın hakimiyyət tərəfindən imzalanmasından əvvəl həddən artıq "piar"a yol verilməsinə ehtiyac yox idi. "Bu, Rusiyanın artıq qıcıqlandırılmasına gətirib çıxara bilərdi", - o hesab edir.

Leyboristlər Xartiyanın imzalanmasına qarşı çıxış ediblər və hesab edirlər ki, bununla Gürcüstan ənənəvi qonşusu Rusiya ilə əlaqələri tam şəkildə korlayır, bu isə pis nəticələr verə bilər. Leyboristlər hətta əvvəl hazırlanmış sənədlərin ratifikasiyasının iki dəfə əleyhinə çıxan Moskva ilə cərcivə razılaşmasının imzalanması təşəbbüsü ilə də çıxış ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti