...

Azərbaycan AŞPA - da erməni nümayəndə heyətinin səs hüququndan məhrum edilməsinin lehinə çıxış edəcək – AŞPA - dakı Azərbaycan nümayəndə heyətinin üzvü

Siyasət Materials 12 Yanvar 2009 16:48 (UTC +04:00)
Azərbaycan AŞPA - da erməni nümayəndə heyətinin səs hüququndan məhrum edilməsinin lehinə çıxış edəcək – AŞPA - dakı Azərbaycan nümayəndə heyətinin üzvü

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) erməni nümayəndə heyətinin səs hüququndan məhrum edilməsinin lehinə çıxış edəcək.

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında erməni nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi insan hüquqları məsələsidir. İnsan hüquqları kobud şəkildə pozulursa və insan qurbanları ilə nəticələnirsə, Azərbaycan Avropa dəyərlərinin lehinə çıxış edəcək", - Azərbaycanın AŞPA - dakı parlament nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli Trend ­- a bildirib.

"Biz, insan hüquqlarını məhdudlaşdıranların cəzalandırılmasını, yəni erməni nümayəndə heyətinin səs hüququndan məhrum edilməsini istəyirik", - Hacıbəyli deyib.

AŞPA - nın monitorinq komissiyası dekabrın 17- də tələb edib  ki, martın 1 - 2 - də İrəvanda baş vermiş hadisələr barədə cinayət işi üzrə təhqiqatla bağlı, səkkiz deputatdan ibarət erməni nümayəndə heyəti səs hüququndan məhrum edilsin.

Ermənistanın müxalifəti, 2008 - ci ilin fevralında keçirilmiş və Serj Sərkisyanın qələbə qazandığı prezident seçkilərinin yekunlarından narazılığını bildirərək, 2008 - ci il fevralın 20 - dən İrəvanın mərkəzində etiraz aksiyalarına başlayıb. Martın 1 - də aksiyalar mitinq edənlərin hüquq - mühafizə orqanlarının nümayəndələri ilə toqquşmalarına çevrilib, onlarla insan həlak olub və 265 nəfər yaralanıb. Ermənistana qarşı iki əsas tələb irəli sürülüb - syasi məhbusları azad etmək və mart hadisələrinin qərəzsiz araşdırılması. Tələblərin heç biri  yerinə yetirilməyib.

Hacıbəylinin sözlərinə görə, Ermənistan nümayəndə heyətinin AŞPA - nın yanvar sessiyasında səs hüququndan məhrum ediləcəyi ehtimalı  olsa da, erməni lobbisinin gücü hamıya məlumdur və bu lobbi daim Ermənistana çətin vəziyyətlərdən çıxmağa kömək edib. "Ermənistan və onun havadarlarının qorxusuna baxmayaraq, hesab edirəm ki, bu dəfə AŞPA böyük prinsipiallıq göstərərək, demokratiya və insan hüquqlarını müdafiə edən təşkilat olduğunu nümayiş etdirəcək", - Hacıbəyli deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti