...

Qəzzədə müharibə ya da Sülh – seçim HƏMAS hərəkatınındır – ABŞ prezidenti (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Yanvar 2009 18:47 (UTC +04:00)
Qəzzədə müharibə ya da Sülh – seçim HƏMAS hərəkatınındır – ABŞ prezidenti (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 yanvar/ Trend /Corc Buş Qəzzədə atəşin dayandırılmasının lehinə çıxış edir və düşünür ki, bu yalnız HƏMAS - ın hərəkətlərindən asılıdır.

"HƏMAS atəşi dayandırmalıdır, - Buş deyib. - Seçim HƏMAS hərəkatınındır."

Buş eləcə də, HƏMAS rejiminə qaçaq silah axınının dayandırılmasının lehinə çıxış edib.

"İsrail əhali arasında qurbanların sayını maksimal dərəcədə azaltmalıdır", - Buş deyib.

"Fələstinlilərin əksəriyyəti öz dövlətlərini istəyirlər, - Buş deyib. - Belə dinc dövlətin yaradılmasına şərait yaratmaq lazımdır".

İsrailin HƏMAS - a qarşı əməliyyatının başladığı vaxtdan təxminən 900 fələstinli öldürülüb, - BBC fələstinli həkimlərə istinadən xəbər verib. İsrail hərbçiləri 13 əsgərin öldürüldüyünü bəyan edirlər.

İsrail HQQ dekabrın 27- də Qəzzə Zolağını raket atəşinə tutub. Dekabrın 19 - da HƏMAS və İsrail arasında barışığın müddəti başa çatdıqdan sonra, HƏMAS dörd fələstinlinin öldürülməsinə cavab olaraq, İsrailin Aşkelon və Sderot yaşayış məntəqələrini raket atəşinə tutub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti