...

Gürcüstan tərəfi xarici vətəndaşları sərhədlərdə rüşvət verməməklə bağlı xəbərdarlıq edir

Siyasət Materials 12 Yanvar 2009 19:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi,12 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan polisi Gürcüstan sərhədini qanunsuz keçənlərə qarşı preventiv tədbirlərə əl atır. Ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər ki, bunun üçün sərhədlərdə Azərbaycan, erməni və türk dillərində xəbərdarlıq asılacaq. Bu xəbərdarlıqda yararsız sənədlərlə sərhədi keçmək üçün polisə rüşvət verən şəxsləri yeddi illik həbs cəzası gözlədiyi bildiriləcək. DİN - də izah edirlər ki, onlar belə tədbirlərə əl atmağa məcburdular, çünki son beş gün ərzində Türkiyə, Azərbaycan və Ermənistanın 11 vətəndaşı polisə rüşvət verərkən yaxalanıb.

Gürcüstan sərhədlərini 2009-cu ilin yanvarın 1-dən polis əməkdaşları qoruyurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti