...

İran prezidenti Ərəb Dövlətlərinin Ligasının Sammitində iştirak etmək üçün Qətərə səfər edib

Siyasət Materials 16 Yanvar 2009 12:12 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad cümə günü  Qətərin əmiri Əhməd bin Xəlifə Saninin dəvəti ilə  Ərəb Dövlətlərinin Liqasının fövqəladə Sammitində iştirak etmək üçün Qətərə səfər edib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Səfər zamanı  İran prezidentini  bu ölkənin Xarici İşlər Naziri Mənuçehr Müttəki və vitse prezident  İsfəndyar Rəhim Məşayi müşaiyət edir.

Ərəb Dövlətlərinin Liqasının fövqəladə Sammiti Qəzzədə baş verən hadisələri araşdırmaq və eləcədə Fələstin və Qəzzə xalqının müdafiəsini təmin etmək yollarını müzakirə etmək məqsədi ilə  bu gün (cümə günü) Qətərin paytaxtı Duhada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti