...

Azərbaycan müxalifətinin referendumla bağlı təşviqat qrupu ilkin təşəbbüs qruplarının toplantıları başa çatıb

Siyasət Materials 16 Yanvar 2009 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan müxalifətinin referendumla bağlı təsis edəcəyi təşviqat qrupunun ilkin təşəbbüs qruplarının toplantıları cümə günü  başa çatıb.

"Yanvarın 17-də Klassik Xalq Cəbhəsi Pariyasının qərargahında "Azərbaycan Xalq Cümhuriyyəti" təşviqat qrupunun təsis olunacağı gözlənilir", - cümə günü Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Xalq Partiyasının sədri, millət vəkili Pənah Hüseyn bildirib.

Trend - un arayışı: Azərbaycanın hakim partiyası "Yeni Azərbaycan", müxalif Müsavat Partiyası "Respublikaçılar" referendum üzrə təşəbbüs qruplaru yaradıblar. YAP-ın təşəbbüs qrupu yanvarın 14-də imza vərəqələrini qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edib.

"Azadlıq" blokuna daxil olan Xalq Cəbhəsi, Milli Birlik Hərəkatı, Vətəndaş və İnkişaf partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Birlik, Demokrat Partiyası və bir sıra qeyri-hökumət təşkilatları "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı", Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq patiyalarının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq "Azərbaycan Xalq Cümhuriyyəti", Azərbaycan Milli İstiqlal Partiyası isə "Milli İstiqlal" təşəbbüs qrupunun yaradılması barədə qərar verib.

Hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı  əvvəllər Trend -a bildirib ki, müxalifət partiyalarının referendum əleyhinə yaratdıqları təşəbbüs qrupları  səmərəsiz olacaq.

Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiyanın 29 maddəsinə dəyişiklik edilməsinə dair referendumun keçirilməsi barədə qərar verilib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Hüseynin sözlərinə görə, bir neçə təşviqat qrupunun yaradılması müxalifətin referendumla bağlı birgə təbliğat aparmasına mane olmayacaq: "Müxtəlif təşviqat qruplarının yaradılması müxalif qüvvələrin fəallaşması ilə nəticələnəcək. Referenduma əlavə və dəyişikliklər həm də Azərbaycanda müxalif qüvvələrin mövcud olduğunu sübut etdi", - Hüseyn əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti