...

Gürcüstanın Baş naziri hələ ki xəstəxanadan çıxarıla bilməz – respublika xəstəxanasının baş həkimi

Siyasət Materials 19 Yanvar 2009 15:32 (UTC +04:00)
Gürcüstanın Baş naziri hələ ki xəstəxanadan çıxarıla bilməz – respublika xəstəxanasının baş həkimi

Gürcüstan, Tbilisi, 19 yanvar/ Trend , müx. N.Kirtsxalia/ "Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvilinin respublika xəstəxanasından çıxacağı vaxt hələ məlum deyil". Bu haqda bu gün xüsusi brifinqdə xəstəxananın baş həkimi Nika Kişpidze məlumat verib.

"Hazırda onun sağlamlığı ilə bağlı heç bir təhlükə yoxdur, ancaq onun xəstəxanadan çıxarılması haqda danışmaq hələ tezdir", - Kişpidze deyib.

Baş həkim qeyd edib ki, bu gün axşam Mqaloblişvilini Almaniyada müayinə etmiş alman həmkarları ilə məsləhətləşmələr aparacaq. "Bundan sonra qərar qəbul ediləcək. Çünki Baş nazirin böyrək infeksiyası var ki, bu da stasionar müalicəni nəzərdə tutmur", - deyən Kişpidze əlavə edib ki, "Baş nazir iki gündən sonra xəstəxanadan çıxarıla bilər".

Baş nazir respublika xəstəxanasına şənbə günü taxikardiya və yüksək arterial təzyiq səbəbindən yerləşdirilib.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün [email protected]

Xəbər lenti

Xəbər lenti