...

Azərbaycan gəncləri və idmançıları referendum üzrə təşəbbüs qrupu yaradıblar

Siyasət Materials 19 Yanvar 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend ,  müxbir C.Babayeva/ Azərbaycan gəncləri və idmançıları bazar ertəsi referenduma dəstək olaraq "Davamlı inkişaf naminə" təşəbbüs qrupunu təsis ediblər.

Təşəbbüs qrupuna gənclər və 2000 - dən çox idman nümayənəsi daxildir, - Olimpiya çempionu Elnur Məmmədli təsis iclasında bildirib.

"Biz Azərbaycan gəncləri və idmançılarını referendum üzrə səsvermə günündə fəal iştiraka çağırırıq", - Məmmədli deyib.

"Davamlı inkişaf naminə" təşəbbüs qrupu bu gün Azərbaycanın Mərkəzi Seçki Komissiyasında bildiriş təqdim edəcək.

Martın 18 - də Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) referendum üzrə eyni adlı təşəbbüs qrupunu, müxalif Müsavat partiyası "Respublikaçılar" təşəbbüs qrupunu yaradıb.

"Azadlıq" bloku -  Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Birlik Hərəkatı, eləcə də "Azərbaycan naminə" İctimai Forum, "Müsavat", "Ümid", Demokratik Partiya və bir sıra qeyri-hökumət təşkilatları  "Respublika və Qarabağ uğrunda vətəndaş hərəkatı" adlı təşəbbüs qrupunun yaradılması barədə qərar qəbul ediblər.

Klassik Xalq Cəbhəsi, "Azadlıq", Milli-Demokratik, Böyük Azərbaycan və Xalq partiyalarının təmsil olunduqları "Demokratiya Uğrunda Ittifaq" isə, "Azərbaycan Xalq Cümhuriyyəti" təşəbbüs qrupunun yaradılması barədə qərar qəbul edib.

Hakim partiyanın icraçı katibinin müavini Mübariz Qurbanlı əvvəllər Trend - a bildirib ki, referendumun keçirilməsi ilə razı olmayan müxalifət partiyalarının yaratdığı təşəbbüs qrupları səmərəli olmayacaq.

Azərbaycanın Konstitusiyası 1995 - ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti