...

Vaşinqtonda ABŞ - ın 44 - cü prezidentinin inaqurasiyası başlayıb

Siyasət Materials 20 Yanvar 2009 20:46 (UTC +04:00)
Vaşinqtonda ABŞ - ın 44 - cü prezidentinin inaqurasiyası başlayıb

Azərbaycan, Bakı, 20 yanvar / Trend /   Çərşənbə axşamı Vaşinqtonda Amerikanın 44 - cü prezidenti Barak Obamanın inaqurasiyası başlayıb, -  ... telekanlı xəbər verib.

İllinoysdan olan senator Obama ABŞ - da noyabrın 4 - də keçirilmiş prezident seçkilərində qələbə qazanıb və seçicilər kollegiyası bu seçkilərin yekunları üzrə dekabrın 15 - də onu prezident seçib.  Obamanın inaqurasiyası ABŞ tarixində ən bahalı qiymətləndirilir.

Obama Birləşmiş Ştatların tarixində ilk afro - amerikalı prezident olub. Prezident vəzifəsinin icrasına başlamazdan əvvəl Obamanın populyarlıq reytinqi 84 faizə çatıb.

ABŞ - ın 44 - cü prezidenti 1961 - ci il avqustun 4 - də anadan olub. O, Kolumbiya Universiteti və Harvard Hüquq Elmləri İnstitutunun məzunudur. Harvard Law Review jurnalının redaktoru olub. Obama mülki hüquqlar vəkili işləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti