...

Gürcüstanın ATƏT-dəki səfiri və xarici işlər naziri rəsmi Tbilisinin mövqeyini razılaşdırıblar

Siyasət Materials 26 Yanvar 2009 12:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın ATƏT-dəki səfiri Viktor Dolidze xarici işlər naziri Qriqol Vaşadze ilə Gürcüstandakı təşkilat müşahidəçiləri ilə bağlı ölkənin mövqeyini razılaşdırıb. Nazirlikdən verilən məlumata görə, görüş dünən keçirilib.

Gürcüstan ATƏT-in ölkədəki mandatının uzadılmasında israr edir. Rusiya bunun əksinə çıxış edir və Gürcüstan və Cənubi Osetiyada ATƏT-in iki müstəqil müşahidəçi mandatının tətbiq edilməsini tələb edir.

Nazir ilə məsləhətləşmədən sonra səfir Dolidze bildirib ki, Gürcüstan tərəfi öz mövqeyini dəyişmir, yəni Gürcüstanda ATƏT-in bir missiyası olmalıdır. "Biz ATƏT müşahidəçilərinin Gürcüstanın bütün regionlarına, o cümlədən separatçı Cənubi Osetiya və Abxaziyaya çıxışının olması mövqeyinin lehinəyik", - deyə o bildirib.

Gürcüstanda müşahidəçilərin fevralda müddəti başa çatacaq mandatının uzadılması məsələsi ATƏT Daimi Şurasının yanvarın 29-da keçiriləcək iclasında nəzərdən keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti