...

Çexiya XİN-nin başçısı 2500 avro məbləğində cərimə olunub

Siyasət Materials 27 Yanvar 2009 01:44 (UTC +04:00)

Fransa, Strasburq, 27 yanvar / Trend , müxbir A.Məhərrəmli/ Çexiyanın Xarici İşlər naziri Karel Şvarzenberq 2500 avro məbləğində cərimə olunub, "Praqa" radiosu məlumat verib. Məlumatda bildirilir ki, Çexiyanın Milli Təhlükəsizlik Mərkəzi xarici siyasət idarəsinin rəhbərini ölkənin Baş naziri Mirek Topolanekin keçən ilin oktyabında Fransa prezidenti Nikola Sarkozi telefon danışığı zamanı hər iki ölkənin xarici siyasəti, eləcə də Aralıq dənizi İttifaqına dair tam məxfi məlumatların mətbuatda yayılmasına görə cərimə edib. Fransa prezidenti danışıq zamanı Aralıq dənizi İttifaqında sədr qismində qalmasını tələb etmişdir. Artıq nazir üzr istəyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti