...

Gürcüstan ərazi bütövlüyünə münasibətdə prinsipial mövqeyinə görə Qazaxıstana minnətdardır – səfir

Siyasət Materials 27 Yanvar 2009 15:10 (UTC +04:00)

Qazaxıstan, Astana, 27 yanvar/ Trend , müxbir K.Konırova/ Tbilisi Qazaxıstanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı tutduğu prinsipial mövqeyinə görə Astanaya minnətdardır. Trend -un Astanadakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Gürcüstanın Qazaxıstandakı səfiri Zurab Şurqaiya bildirib.

"Gürcüstanda baş verən avqust hadisələri zamanı Qazaxıstanın ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinə münasibətdə nümayiş etdirdiyi prinsipial mövqeyə görə, Astanaya minnətdarlığımı bildirmək istərdim", - deyə Şurqaiya Qazaxıstan Məclisinin (Parlament) spikeri Ural Məhəmmədcanov ilə görüşdə bildirib.

"Bizim ümidlərimiz Qazaxıstanın ATƏT-də sədrliyinə bağlıdır. Qazaxıstan artıq sədr kimi Gürcüstan-Cənubi Osetiya münaqişəsinə toxunmalıdır və ümid edirəm ki, bu məsələlərə obyektiv yanaşılacaq", - deyə diplomat bildirib.

Səfir qeyd edib ki, dünya maliyyə böhranına baxmayaraq, Gürcüstanda Qazaxıstan sərmayələri maksimum dəstək alacaq.

Görüş zamanı Məhəmmədcanov öz növbəsində bildirib ki, Şurqaiyanın Qazaxıstanda dördillik diplomatik missiyası zamanı dövlətlərin birinci şəxsləri səviyyəsində on müxtəlif tipli səfərlər həyata keçirilib.  

Əvvəllər bildirildiyinə görə,  Şurqaiya fevral ayının 1-dən Qazaxıstanda missiyasının başa çatdırır.


Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti