...

Azərbaycanda külli miqdarda saxta əskinas satan şəxs tutulub

Siyasət Materials 28 Yanvar 2009 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycanda saxta əskinas satan şəxs tutulub. Tutulan şəxs külli miqdarda saxta pul satmaqda təqsirli bilinir, çərşənbə günü Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

DİN-nin məlumatına görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Rəşad Rzayev 800 ədəd 100 manatlıq, 225 ədəd 50 manatlıq saxta əskinasları 30 min dollara satarkən çərşənbə axşamı tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti