...

Gürcüstan XİN AŞ PA - nın qətnaməsini alqışlayır

Siyasət Materials 29 Yanvar 2009 16:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstan XİN AŞ PA - nın yanvarın 28 - də qəbul etdiyi qətnaməni alqışlayır və ümid edir ki, nəhayət, Moskva beynəlxalq öhdəlikləri, altı bənddən ibarət müqaviləni yerinə yetirə biləcək", -   cümə axşamı Gürcüstan XİN  tərəfindən yayılan rəsmi bəyanatda deyilir.

Gürcüstan tərəfi  həm də ümid edir ki, Rusiya rəhbərliyi bu Avropa təşkilatının açıq tövsiyələrini nəzərə alacaq.

Bəyanatda  qeyd edilir ki, Assambleya oktyabr qətnaməsinə tam dəstəyini yenidən təsdiq edir və bəyan edir ki, Rusiyadan fərqli olaraq, Gürcüstan  onun tələblərinin çox hissəsini yerinə yetirib.

"Rusiya nümayəndə heyəti müqavimət göstərsə də, Assambleya növbəti dəfə Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin pozulmazlığı prinsipinə tam dəstəyini bildirib, Rusiyanın separatçı regionların birtərəfli şəkildə tanınmasına və "separatçı rejimlərlə dostluq və əməkdaşlıq müqaviləsinə" etirazıni bildirib . Assambleya növbəti dəfə Rusiya Federasiyasının (separatçı rejimləri) birtərəfli  tanıması qərarını qeyd - şərtsiz dəyişməyi tələb edib", - bəyanatda bildirilir.

XİN qeyd edir ki, AŞPA üzvləri Rusiyanın avqustun 12 -də qəbul edilmiş atəşkəs müqaviləsinə riayət etmədiyini və öz qüvvələrini döyüş əməliyyatları başlamazdan əvvəlki mövqeyə qaytarmadığını təəssüflə qeyd edib. Onlar qeyd ediblər ki, ATƏT və AŞ -nin monitorinqçilərini münaqişə zonalarına buraxmaq əvəzinə, Rusiya bu təşkilatlarla əməkdaşlıqdan imtina edir.

"Assambleya bəyan edir ki, beynəlxalq hüquqa əsasən, Rusiya bir işğalçı kimi, işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasına məsulliyyət daşıyır və Tsxinvalidə həyata keçirilmiş etnik təmizləmə və insan hüquqlarının pozulmalarını qınayır. Bununla yanaşı, təşkilat Rusiya və onun marionet rejimlərinin bu cür əməliyyatların qarşısının alınması və cinayət törətmiş şəxslərin cəzalandırılmasında gücsüzlüyünü qeyd edir", - Gürcüstan XİN-in bəyanatında bildirlir.

Bəyanatda o da qeyd olunur ki, işğal olunmuş ərazilərlə həmsərhəd regionlarda son zamanlar həyat keçirilən və nəticədə Gürcüstanda dinc əhali arasında və hüquq - mühafizə orqanlarında itkilərə gətirib çıxaran provokasiyalar Avropa forumunda xüsusi narahatlıq doğurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti