...

Gürcüstan prezidenti insan hüquqlarına hörmət prinsipinin tərəfdarı olduğunu bəyan edib

Siyasət Materials 30 Yanvar 2009 14:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda rus qoşunlarının Gürcüstana yeridilməsi ilə bağlı 200 səhifəlik məruzə dərc edən insan hüquqlarının müdafiəsi təşkilatı "Human right watch"un nümayəndələri ilə görüşüb.

Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, Saakaşvili deyib ki, "Human right watch"un reallaşdırdığı işin nəticəsində Rusiya və Cənubi Osetiyanın hərbi rəhbərliyi tərəfindən törədilən ağır insan hüquq pozuntularının tam təsvirini aşkar şəkildə üzə çıxarmaq mümkün olub. "Bu, məcburi köçürülmüş əhali üçün xüsusilə vacibdir", - prezident vurğulayıb.

Saakaşvili Gürcüstandakı durumu öyrənməklə məşğul olan digər hüquq-mühafizə və başqa beynəlxalq təşkilatlarla da əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

"Biz demokratik inkişaf yolu keçən bir ölkəyik və şəffaflıq, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi yolunda atılan istənilən addımları alqışlayırıq. Biz beynəlxalq təşkilatların münaqişə zamanı Gürcüstan tərəfinin həyata keçirdiyi əməliyyatlarla bağlı qiymətləndirmələrini də diqqətlə tədqiq edəcəyik", - Gürcüstan prezidenti əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti