...

Oğurlanması barədə məlumatlar yayılan Azərbaycan əsgəri xidmət etdiyi hərbi hissəyə qayıdıb

Siyasət Materials 2 Fevral 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Bakıda oğurlanması barədə məlumatlar yayılan əsgər xidmət etdiyi hərbi hissəyə qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Abşeron rayonu, Pirəküşkül qəsəbəsində yerləşən "N" saylı hərbi hissənin əsgəri Elman Dadaşov məzuniyyətini bitirib, vaxtında hərbi hissəyə qayıtmadığına görə, özü bilərəkdən belə bir yalan uydurub.

Məlumatda bildirilir ki, əsgər barəsində inzibati cəza tədbiri görülüb.

Əsgərin yanvarda məzuniyyətə çıxıb və doğulduğu Lənkəran şəhərinə getməsi, yanvarın 28-də anasına zəng edərək, paytaxtın Nəsimi rayonu ərazisində naməlum şəxslər tərəfindən girov götürülməsi barədə məlumat yayılıb.

Bundan sonra əsgərin zəng etdiyi telefon söndürülüb və onun sonrakı taleyindən xəbər tutmaq mümkün olmayıb. Əsgərin anası İsmira Dadaşova hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Müdafiə Nazirliyi bildirib ki, əsgərin oğurlanması barədə yayılan məlumatlar yalandır. Nazirlik belə bir hadisənin baş vermədiyini bəyan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti