Azərbaycan, Bakı, 02 fevral / Trend müxbir C.Babayeva/ "Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun əleyhdarları təxribatla məşğuldurlar", - hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi, Azərbaycan parlamentinin deputatı Əli Əhmədov hesab edir.
"Qanun pozucularının həbsi referendumla əlaqələndirilir. Bu qruplar yanlış istiqamətdə fəaliyyət göstərirlər", - Əhmədov Azərbaycan parlamentində yaz sessiyasının birinci iclasında deyib.
Martın 18-də Azərbaycanda Konstitusiyasının 29-cu maddəsinə əlavə və dəyişikliklər edilməsi məsələləri üzrə referendum keçiriləcək.
13 təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasına imza siyahıları təqdim edib. Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər" və "Tərəqqi" təşəbbüs qrupları MSK-da təşviqat qrupu kimi qeydiyyata alınıb.
Dairə seçki komissiyalarında 113 təşəbbüs qrupu qeydiyyatdan keçib.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub. 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.
Azərbaycan MSK-sı şənbə günü keçirilən iclasında müxalif Müsavat Partiyasının referendum üzrə "Respublikaçılar" təşəbbüs qrupunun şikayətini qəbul etməyib.
Şikayətdə deyilir ki, təşəbbüs qrupunun üzvləri Azərbaycanın rayonlarında - Cəlilabad, Xaçmaz, Lənkəran, Neftçalada, eləcə də Sumqayıtda seçililərdən imza toplayarkən polis tərəfindən təzyiqlərə məruz qalıblar.
Təşəbbüs qrupu məlumat verib ki, polis onların imzalanmış imza vərəqələrinin böyük hissəsini heç bir izahat vermədən götürüb.
Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı martın 18-də Konstitusiyaya əlavə və dəyişiklikləri yekdilliklə dəstəkləyəcək.
Hakim partiyanın deputatı Siyavuş Novruzov deyib ki, müxalif partiyaların təşəbbüs qruplarının üzvləri MSK-ya boş imza vərəqələri qaytarır və bildirirlər ki, onları, təşəbbüsü dəstəkləməmək üçün əhali və seçicilərdən imza toplamağa məcbur ediblər. "Onların ətrafında narkomanlar varsa, bu, onların problemidir. Qoy, bu faktı araşdırsınlar", - Novruzov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]