...

Belarus Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyarsa, bu, dostluğa yaraşmayan addım kimi qiymətləndiriləcək – Gürcüstan XİN-i

Siyasət Materials 2 Fevral 2009 16:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Belarus Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyarsa, bu, Minskin dostluğa yaraşmayan addımı kimi qiymətləndiriləcək.

İlkin olaraq hər hansı bir proqnoz vermək mümkün deyil və müzakirələrin başlanması Minks tərəfindən separatçı regionların müstəqilliklərinin tanınması demək deyil. Bu barədə bu gün keçirilən brifinqdə Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqoniya bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi bu prosesi narahatçılıqla izləyir.

"Biz Belarusun Rusiya tərəfindən hansı təzyiqlərə məruz qaldığını başa düşürük", - deyə Calaqoniya bildirib.

Belarus parlamenti aprelin 2-də Abxaziya və Cənubi Osetiyanın tanınması məsələsini nəzərdən keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti