Qırğızıstan, Bişkek, 4 fevral / Trend , müxbir R.Məşədihəsənli/
"Hökümətin "Manas" aviabazasının yerləşdirilməsi haqda anlaşmanın ləğv olunması haqda qətnamə layihəsi ölkə parlamentinə daxil olmayıb", - bu barədə Qırğızıstan Respublikasının mətbuat xidmətinin rəsmi məlumatında bildirilir.
Bir müddət əvvəl Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Moskvadakı mətbuat konfransında Manasdakı amerikan bazasının bağlanılması haqda qərar verildiyini deyib.
Aviabaza 2001-ci ilin dekabrında BMT mandatı üzrə koalisiya qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən "Sarsılmaz azadlıq" anti-terror əməliyyatına dəstək məqsədilə açılıb.