Fransa, Strasburq, 04 fevral / Trend , А.Məhərrəmli/ HƏMAS da fələstin xalqının birləşməsinə gətirib çıxaracaq vahid fələstin hökümətinin yaradılmasında maraqlı olmalıdır, - Fələstin Administrasiyasının başçısı Mahmud Abbas, Strasburqda Avropa parlamentindəki çıxışından sonra mətbuat konfransında deyib.
"Qəzzada Fələstin Administrasiyası höküməti bərpa olunarsa, Misirlə sərhəddəki tunellər vasitəsilə silah daşınması problemi həll oluna bilər və HƏMAS İsraillə atəşkəsin elan olunmasına tezliklə nail olacaq" , - Abbas bildirib.
"Bizim (FƏTH) Qəzza üzərində nəzarəti bərpa etməyə tam hüququmuz çatır. Çünki biz regionun idarə administrasiyasıyıq", - Abbas qeyd edib.
Öz çıxışında Abbas, HƏMAS-ın İsrailin cənubuna endirilən raket zərbələrini qınayıb və deyib ki, İsrail arasında sülh əldə etmək üçün hərbi əməliyyatları hər iki tərəfdən dayandırmaq lazımdır.
Avropa parlamentinin başçısı Hans-Qert Potterinq Fələstin lideri ilə görüşdə bildirib ki, HƏMAS sülh istəyirsə, İsrail ərazilərini atəşə tutmaqdan əl çəkməli və İsrailin mövcud olmaq hüququnu tanımalıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]