...

Gürcüstan QHT rus telekanallarının yayımının dayandırılmasının səbəbləri ilə maraqlanır

Siyasət Materials 5 Fevral 2009 21:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 fevral / Trend , müxbir N.Kirtsxaliya/ İnsan Hüquqları Mərkəzi Kommunikasiyalar üzrə Milli Komissiyaya Gürcüstanda rus telekanallarının yayımının dayandırılmasının səbəblərinin izah edilməsi məqsədilə müraciət edib.

"Gürcüstanda avqust hadisələrinə qədər rus kanallarının yayımı fasiləsiz olaraq təşkil olunurdu", -  bu qeyri-hökümət təşkilatından (QHT) deyilib..

"Vətəndaşlarla müqavilələri olan bütün kabel şirkətləri əhalinin rus kanallarına olan maraqlarını nəzərə alırdı və paketə bu kanallar daxil edilirdi. Avqust hadisəllərdən sonra hansı səbəbdənsə bütün şirkətlər rus kanallarından imtina etdilər və bunun səbəbini izah etmirlər. Bu, onların kiminsə sifarişini yerinə yetirmələri haqda ciddi şübhələr oyadır".

"Yuxarıda söylənənləri nəzərə alaraq, biz sizə (Kommunikasiyalar üzrə Milli Komissiyaya) xahişlə müraciət edərək bu suala müfəssəl cavab verməyinizi istəyirik -  rus informasiya telekanallarının yayımının dayandırılmasının səbəbi nədir", - insan hüquqları mərkəzinin bəyanatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti