Azərbaycan, Bakı, 06 fevral / Trend / Azərbaycan prezidenti İlham Əliyev Hindistan, Estoniya, Anqola, Yəmən, Nigeriya, Benin, Vyetnam, Şri-Lanka, CAR və Zimbabvenin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
Ölkə başçısı Debnad Şoun (Hindistan), Avio Orav (Estoniya), Samuel Tito (Anqola), Camal Аbdulla əl-Cəlal (Yəmən), Abubakar Sikan (Nigeriya), d'Аlmeyda Ai Vissinto (Benin), Buy Din Din (Vyetnam), Teboqo Seokolo (CAR), Felekezel Mfoko (Zimbabve) və Muhammed Zuahiri (Şri-Lanka) qəbul edib
Görüş zamanı tərəflər ölkələr arasında münasibətlər və onların gələcək inkişafı perspektivləri haqda fikir mübadiləsi aparıb. Həmçinin görüşlərdə ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.