...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Siyasət Materials 9 Fevral 2009 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0007 bənd (0,07 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80748 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 5-6-da 1 ABŞ dolları üçün 0,808 manat, minimum isə fevralın 4-də 1 ABŞ dollarına 0,807 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

26 yanvar

0,8052

2 fevral

0,8073

27 yanvar

0,8048 

3 fevral

0,8071

28 yanvar

0,8048

4 fevral

0,8070

29 yanvar

0,8058

5 fevral

0,8080

30 yanvar                                                       

0,8067

6 fevral                                                    

0,8080 

Həftə ərzində orta  

0,80546

Həftə ərzində orta

0,80748

Göstərilən dövr ərzində müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi stabil qalıb. Müvafiq olaraq orta məzənnə 1 ABŞ dollarına 0,8057 manat təşkil edib.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 2-də - 0,8057 AZN/USD məzənnəsi ilə $2,25 mln., fevralın 3-də - 0,8057 AZN/USD məzənnəsi ilə $1,388 mln., fevralın 4-də - 0,8057 AZN/USD məzənnəsi ilə $0,755 mln., fevralın 5-də - 0,8057 AZN/USD məzənnəsi ilə $0,099 mln., fevralın 6-da - 0,8057 AZN/USD məzənnəsi ilə $3,102 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

26 yanvar

0,8053

2 fevral

0,8057

27 yanvar

0,8053

3 fevral

0,8057

28 yanvar

0,8053

4 fevral

0,8057

29 yanvar

0,8057

5 fevral

0,8057

30 yanvar

0,8057

6 fevral                                                       

0,8057

Həftə ərzində orta  

0,80546

Həftə ərzində orta

0,8057

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti yenidən düşməyə başlayıb. Qiymətlər son il ərzində bir müddət ən yüksək səviyyəsinə qaldı - 25-26 manat. Özəlləşdirmə çeklərinin alışı 14 manat, satışı isə 15 manata həyata keçirilib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Öncəki həftə qiymətlərin kəskin qalxmasından sonra (67 faiz) vauçerlərin qiyməti yenidən düşməyə başlayıb. Bazar ertəsi özəlləşdirmə çekinin qiyməti 23 manat təşkil edirdisə, çərşənbə günündən başlayaraq o, 16 manatadək enib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti