...

Avropa Komissiyası Tacikistana dəstəyini artırır

Siyasət Materials 10 Fevral 2009 18:33

Trend-i buradan izləyin

Belçika, Brüssel, 10 fevral / Trend , müxbir А.İsmayılova/ "Avropa komissiyası Tacikistana dəstəyini artırır",  - çərşənbə axşamı Brüsseldə komissiyanın prezidenti Joze Manuel Barrozu Tacikistan prezidenti İmomali Raxmonovla görüşdən sonra bildirib.

Birgə mətbuat konfransında Barrozu deyib ki, Tacikistan Avropa komissiyası tərəfindən 2007-2010-ci illərdə Mərkəzi Asiya üçün ayrılan məbləğin böyük hissəsini - 66 milyon avro əldə edir.

Barrozunun sözlərinə görə, Avropa komissiyası sosial layihələr üçün 18 milyon avro, eləcə də sosial təhlükəsizlik və kənd təsərrüfatı layihələrinə 15,5 milyon avro ayırmaq haqda qərar qəbul edib.

Avropa komissiyası Tacikistanla ikitərəfli münasibətləri inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti