...

Azərbaycan HHQ-nin rəhbəri Rail Rzayevin qətli ilə əlaqədar Respublika Hərbi Prkurorluğunda iki maddə ilə cinayət işi açılıb

Siyasət Materials 11 Fevral 2009 22:10 (UTC +04:00)
Azərbaycan HHQ-nin rəhbəri Rail Rzayevin qətli ilə əlaqədar Respublika Hərbi Prkurorluğunda iki maddə ilə cinayət işi açılıb

Azərbaycan, Bakı, 11 fevral/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının rəhbəri, general-leytenant Rail Rzayev qətlilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi açılıb. Hüquq mühafizə orqanlarından çərşənbə günü Trend a bildiriblər ki, faktla bağlı AR Cinayət Məcəlləsinin Qəsdən adam öldürmə (120 maddə) və Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci maddə) maddələri ilə cinayət işi açılıb və istinataq hərəkətləri aparılır.

Respublika Hərbi Prokurorluğundan çərşənbə günü Trend a verilən məlumatda Rail Rzayevin qətli ilə bağlı cinayət işinin açıldığını təstiqləyiblər.

Çərşənbə günü səhər Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafi Qoşunlarının rəhbəri, general-leytenant Rail Rzayev İsmayıl Qutqaşınlı küçəsi, 125 ünvanında, yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan generalın həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, generalın qətlinin araşdırılması üçün Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti