...

Bakıda Rusiya vətəndaşının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Siyasət Materials 16 Fevral 2009 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Bakıda Rusiya vətəndaşının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, fevralın 14-də saat 21:35 radələrində Həsən Əliyev küçəsi 80 ünvanında Bakı şəhər sakini, 25 yaşlı Orxan Hüseynov oğlu idarə etdiyi "VAZ-2107" markalı 10-SM-727 dövlət nömrə nişanlı avtomaşınla Rusiya vətəndaşı, 30 yaşlı Breçina Natalya Sergeyevnanı vurub.

Breçina hadisə yerində ölüb.

Sürücü Hüseynov hadisə yerindən qaçaraq Təbriz küçəsi ilə Rəhimov küçəsinin kəsişməsində Brutman Xalidə Arif qızının idarə etdiyi "Renc-Rover" markalı 10-ST-077 dövlət nömrə nişanlı avtomaşın ilə toqquşub.

Hüseynov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti