...

Türkmənistan İrana Qədim Şərq üzrə elmi forum keçirilməsini təklif edib

Siyasət Materials 16 Fevral 2009 17:40 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 16 fevral / Trend , müxbir E. Həsənov/ Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov İrana səfər edərkən bu il Qədim Şərq mədəniyyətinə dair elmi forum keçirilməsini təklif edib.  

Prezident bu təklifi Tehranda olarkən irəli sürüb. Bu barədə milli televiziya "Miras" xəbər verib. "Təkcə ərazi yaxınlığına görə deyil, həm də dərin tarixi köklərə arxalanan elmi, mədəni əlaqələrin sıxlığından danışaraq Berdımuhəmmədov bu il memarlığa və tətbiqi sənətə həsr olunmuş Türkmənistan-İran forumunun keçirilməsi təklifini irəli sürüb ", - məlumatda deyilir..

İki ölkə arasında müntəzəm olaraq birgə mədəniyyətə aid olan tədbirlər, sərgi və sənət həftələri, festivallar keçirilir. Buna misal olaraq keçən il Aşqabadda keçirilən İran kinosu və kitabı həftələri, İran məhsullarının sərgisi, məşhur tarixi şəxsiyyətlər, alimlər və şairlərə aid elmi konfransları göstərmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti