...

Türkiyə regionda vacib yer tutur - ABŞ prezidenti

Siyasət Materials 17 Fevral 2009 03:34 (UTC +04:00)
Türkiyə regionda vacib yer tutur - ABŞ prezidenti

Türkiyə regionda vacib yer tutur, bazarertəsi günü ABŞ prezidenti Barak Obama Türkiyənin prezidenti Abdulla Gül ilə telefon danışığı zamanı deyib, TürkiyəninIhlas Haber Ajansi saytı xəbər verir. Telefon danışığının təşəbbüskarı Obama olub.

Obama vurğulayıb ki, Türkiyə və ABŞ münasibətlərinə böyük önəm verir.

İki ölkə prezidenti regional və beynəlxalq məsələlri müzakirə etdilər.

Bundan sonra Barak Obama və Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan arasında telefon danışığı oldu.

Obama bildirib ki, Türkiyə öz regionunda sülhə nail olmaq üçün vocib rol oynayıb. "Mən buna çox böyük önəm verirəm. Amerika Türkiyəni anlamalıdır", Obama deyib.

Obama Türkiyə ilə kürd terrorçuları ilə mübarizədə və Ermənistnala əməkdaşlıq məsələsində işlərin davam etdirilməsində hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti