...

Cenevrə danışıqlarının formatı münaqişələrin həlli üçün səmərəli deyil - ekspertlər

Siyasət Materials 23 Fevral 2009 18:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Cenevrə danışıqlarının formatı münaqişələrin həlli üçün səmərəli deyil. Bu haqda gürcü politoloqlar və ekspertlər RİA Novostinin Tbilisidəki ofisində keçirilmiş "dəyirmi masa"da bildirib.

Diskussiyada Soso Tsiskarişvili, Tornike Şaraşenidze, Ramaz Sakvarelidze və İrakli Sesiaşvili iştirak edib.

Ekspertlər Cenevrə danışıqlarına qiymət verərək qeyd ediblər ki, danışıqların formatının özü münaqişələrin həll olunmasında real nəticələrin əldə olunmasına imkan vermir.

Tsiskarişvilinin sözlərinə görə, nəticə ancaq münaqişənin real tərəfləri - Gürcüstan və Rusiya arasında danışıqlar başlayandan sonra əldə olunacaq.

Ekspertlər vahid fikrə gəliblər ki, Gürcüstandakı münaqişələrin həlli ancaq böyük dövlətlər, ilk növbədə də ABŞ-ın Rusiyaya təzyiq göstərəcəyi halda mümkündür.

"Hər şey Obama ilə Medvedyevin görüşünün necə nəticələnəcəyindən asılı olacaq ", - Sakvarelidze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti