...

Türkmənistan prezidenti Özbəkistana rəsmi səfərə gəlib

Siyasət Materials 24 Fevral 2009 16:19 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 24 fevral / Trend , müxbir T.Jukov/

Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov dövlət başçısı İslam Kərimovun dəvəti ilə Özbəkistana rəsmi səfərə gəlib.

Səfər zamanı Özbəkistan-Türkmənistan əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi, regional və beynəlxalq mahiyyətli aktual problemlər və qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə olunacağı gözlənilir.

Danışıqların yekununda müxtəlif sahələrdə iki dövlət arasındakı qarşılıqlı əlaqələrin dərinləşməsinə yönəldilən ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Səfər fevralın 25-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti