Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir N.Abdullayeva / MBD müşahidəçilər missiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə referendumun gedişini müşahidə edəcək.
"İcraiyyə Komitəsinin sədri - MDB-nın icraçı katibi Toktasın Buzubayevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-19-u aralığında Azərbaycanda olacaq", - Trend -a çərşənbə axşamı, Minskdən telefonla İcra Komitəsinin mətbuat katibi Mariya Qutsalo bildirib.
Martın 18-də Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək. Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.
Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
MDB İcraiyyə Komitəsi Bakıda öz qərargahını açacaq. Ona MDB üzv ölkələrində müşahidəçi missiyaların təminatı təşkilati-texniki şöbəsinin başçısı Yevgeni Sloboda rəhbərlik edəcək", - Qutsalo deyib.
MDB missiyası iki formatda çalışacaq: uzunmüddətli müşahidəçi missiya Azərbaycanda 5-19 mart, qısa müddətli missiya isə 16-17 mart aralığında olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]