...

Yunanıstan hərbi sahədə Azərbaycana yardım göstərməyə hazırdır – səfir

Siyasət Materials 25 Fevral 2009 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir N. Abdullayeva /Yunanıstan hərbi sahədə Azərbaycana hər zaman yardım göstərməyə hazırdır. Bu barədə çərşənbə günü jurnalistlərə Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas bildirib.

Metaksas bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlığa dair müqavilə layihəsi hazırlanma mərhələsindədir.

O bildirib ki, Yunanıstan təklif olunan sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə hazırdır. 

Azərbaycan və Yunanıstan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram çərçivəsində Azərbaycan zabitləri ixtisasın artırılması üzrə müxtəlif kurslardan keçirlər.

Azərbaycan dünyanın 20-dən artıq dövləti ilə hərbi-texniki əməkdaşlıq barədə saziş imzalayıb və daha 50 ölkə ilə bu sahədə əməkdaşlıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti