Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov / Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yer Quruluşu, Geodiziya və Xəritəçəkmə Layihə İnstitutunun yeni inzibati binası istifadəyə verilib.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində Naxçıvan MR Dövlət Yer Quruluşu, Geodiziya və Xəritəçəkmə Layihə İnstitutu yerləşir.
Burada muxtar respublikamızxda bvütün əkin növləri üzrə sahələrin invertarlaşdırılmasını, torpaq cahələrində yer quruluşu bağlarının hazırlanmasını, erroziyaya uğramış, şoranlaşmış sahələrin müəyyənləşdirilməsini, meliorasiya və irriqasiyaya ehtiyacı olan torpaqların aşkar edilməsi həyata keçiriləcək.
Binada gedoziya və topoqrafiya, xəritəçəkmə, torpaq kadastrının və monitorinqi şöbələri yerləşəcək, həmçinin plan v əxəritələrin çap otağı, qeydiyyat və informasiya sistemləri mərkəzi fəaliyyət göstərəcək.
İnsttunu əməkdaşlarının istifadəsinə 12 ədə gips ölçmə aparatı verilib ki, bununla onlar kosmosdan məlumat almaqla istənilən ərazinin sahəsini dəqiq ölçə bilərlər.
Açılış mərasimind əiştirak edən Vasif Talıbov qısa vaxt ərzində burada geologiya üzrə laboratoriyannı yaradılması barədə tapşırıq vermişdir.
Binanın ikinci mərtəbəsində isə Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəaliyyət göstərəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]