...

Polşada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Siyasət Materials 26 Fevral 2009 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir N. Abdullayeva / Polşada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.

Diplomatik missiyadan Trend -a verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə 1992-ci il fevralın 26-da baş vermiş dəhşətli hadisələrdən bəhs edən şəkillər, kitablar, bukletlər və sənədli filmlər nümayiş olunub. Tədbir Varşava Universitetində baş tutub.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

İştirakçılara Xocalı həqiqətlərinin geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Azərbaycan şəhərində soyqrım faktının hüquqi və siyasi tanınmasına nail olmaq məqsədi ilə yaradılan yeni internet-sayt (www.justiceforkhojaly.org) təqdim olunub.

"Xocalıya ədalət" kampaniyası 2008-ci il mayın 8-də start götürüb və İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti