...

Qırğızıstanla Cənubi Koreya diplomatik və xidməti pasportu olanların vizasız rejimə keçməsi barədə razılıq əldə ediblər

Siyasət Materials 2 Mart 2009 19:10 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 02 mart / Trend , müxbir R.Məşədihəsənli / Qırğızıstanla Cənubi Koreya arasında diplomatik və xidməti pasportu olanların müddəti bir ay olan vizasız rejimə keçməsi barədə razılıq əldə edilib, - Qırğızıstan parlamentinin mətbuat xidmətindən Trend -a bildirilib

Respublikanın xarici işlər naziri Kadırbek Sarbayevin məruzəsində qeyd olunur ki, bu addımın atılması Qırğızıstan-Koreya əməkdaşlığının aktivləşməsi ilə bağlıdır. 

2008-ci ildə 6 min Qırğızıstan vətəndaşı Koreya respublikasını və 5 min Koreya vətəndaşı Qırğızıstan respublikasını ziyarət edib. İki ölkə arasında olan mal dövriyyəsi ildən-ilə artır. 2008-ci ildə mal dövriyyəsi 3 mln. ABŞ dolları təşkil edərək 2007-ci ilin göstəricisini iki dəfə üstələyib. Bundan əlavə, hər iki ölkədə diplomatik nümayəndəliklər açılıb.

Vizasız rejimə keçidlə bağlı qərar Qırğızıstan parlamentinin beynəlxalq əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin bazar ertəsi keçirilən iclasında müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti