...

Prezident İlham Əliyev Bərdə şəhərində musiqi məktəbinin binasının açılışında iştirak edib

Siyasət Materials 2 Mart 2009 20:22 (UTC +04:00)

Prezident İlham Əliyev Bərdə şəhərində musiqi məktəbinin binasının açılışında iştirak edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb. 

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Prezident İlham Əliyevin göstərişi və Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 400 yerlik dördmərtəbəli binada inşa-tərtibat işləri səkkiz aya başa çatdırılıb. Bu, Bərdə rayonunda 7-ci musiqi məktəbidir.

37 otaqdan ibarət məktəbdə uşaqlar tar, kamança, fortepiano, skripka, nağara, qarmon, saz və sair alətlərdə ifaçılığı öyrənəcəklər.
Dövlət başçısı lazımi avadanlıq və əyani vəsaitlərlə təmin edilmiş nəzəriyyə və musiqi ədəbiyyatı otaqlarına baxıb, daha sonra akt salonunda gənc xanəndələrin ifasında "Heratı" muğamını dinləyib.

Uşaqların ifasını yüksək qiymətləndirən Prezident İlham Əliyev məktəbin kollektivinə və şagirdlərə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti