...

Cenevrə prosesi qorunmalıdır – İtaliya XİN

Siyasət Materials 4 Mart 2009 16:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 mart / Trend , müxbir N. Kirtsxaliya/  İtaliya Cenevrə prosesinin qorunmasının vacib olduğunu bildirir. Bu barədə Tbilisidə səfərdə olan İtaliyanın Xarici İşlər nazirinin müavini, senator Alfredo Montika Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşdən sonra bildirib.     

Onun sözlərinə görə, Cenevrə prosesi Gürcüstan məsələsinin baxıla biləcəyi yeganə formatdır.

"Vəziyyətdən çıxış üçün başqa variant yoxdur, lakin heç kim Avropa İttifaqı müşahidəçilərinin bütün Gürcüstan ərazisi üzrə hərəkət etməsi ilə bağlı mövzudan yan keçə bilməz", - deyə Montika bildirib. Onun sözlərinə görə, məcburi köçkünlərin, ümumiyyətlə bütün insanların hüquqlarının qorunmasını təmin edən mexanizm yaratmaq lazımdır.

"Bunun üçün Aİ böyük səy göstərir", - Montika qeyd edib. Nazir müavininin sözlərinə görə, o, sabah Aİ-İtaliya müşahidəçilər heyəti ilə görüşəcək və missiyanın qarşısında duran problemlərlə birgə tanış olacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti