Bakının "Neftçi" futbol klubu alman baş məşqçi Hans-Yurgen Gedenin istefasından sonra ilk oyununda qələbə qazandı.
Trend -un məlumatına görə, Zaqatalada yerli "Simurq" klubu ilə görüşdə bakılılar 2-0 hesabı ilə üstün oldular.
İlk qolu flaqmanın heyətində 40-cı dəqiqədə Valentin Atem vurdu. İkinci qol 50-ci dəqiqədə Suat Ustanın hesabına yazıldı.
Baş məşqçi Hans-Yurgen Gede tutduğu vəzifədən martın 7-də azad olunub. İstefaya səbəb kimi, onun fəzifəsinin öhdəsindən gəlməməsi göstərildi.
Trend -un arayışı: Hans-Yurgen Gede "Neftçi" futbol klubuna ukraynalı mütəxəssis Anatoli Demyanenko istefa verəndən sonra - hazırki çempionatın dördüncü turunda baş məşqçi təyin olunmuşdu. Buna qədər Gede Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi işləyib.
Onun gəlişindən sonra bir neçə oyunçu klubdan kənarlaşdırılıb, əvəzinə yeni futbolçular transfer olunsa da, komanda çempionatda uğurlu çıxış edə bilməyib. Bunun nəticəsidir ki, indi "Neftçi" turnir cədvəlində 10-cu yerdədir.
Klub hazırda yalnız Azərbaycan kubokunu almaq uğrunda mübarizə aparır. "Neftçi"nin 1/4 final mərhələsindəki rəqibi "Qarabağ" komandasıdır. İlk oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Almaniyalı mütəxəssisi kimin əvəzləyəcəyinə gəldikdə, vitse-prezident deyib ki, bu məsələ gələn həftə həll olunacaq. Hazırda klubun baş məşqçisi vəzifəsini Böyükağa Ağayev icra edir.
Oyun gününün digər nəticələri: Muğan-Xəzər Lənkəran 1-3, Standart-Karvan 2-0.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]