...

Azərbaycan prezidenti Türkiyənin Jandarm qüvvələri komandanı qəbul etmişdir

Siyasət Materials 9 Mart 2009 20:59 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Respublikasının Jandarm Qüvvələri komandanı, ordu generalı Atilla İşıkı qəbul etmişdir. Məlumatı AzərTac dövlət informasiya agentliyi yayıb.

Atilla İşık bu vəzifəyə təyin olunandan sonra xarici ölkələr sırasında ilk dəfə Azərbaycana səfər etməsindən məmnunluq duyduğunu dedi. O, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini vurğuladı, Türkiyə Jandarm Qüvvələri ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndiyini dedi. Atilla İşık bu əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirdi.

Dövlətimizin başçısı Atilla İşıkın Türkiyə Jandarm Qüvvələri komandanı kimi ilk səfərini Azərbaycana etməsinin əhəmiyyətli olduğunu dedi, ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd etdi. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Atilla İşıkın Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər Türkiyə Jandarm Qüvvələri ilə Azərbaycanın əlaqədar qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcək.

Məqalə müəllifi ilə əlaqə: [email protected] 


Xəbər lenti

Xəbər lenti