...

Böyük siyasətə qurban verilmiş Polşa maraqları - Trend-in icmalçısı

Siyasət Materials 11 Mart 2009 09:25 (UTC +04:00)
Böyük siyasətə qurban verilmiş Polşa maraqları - Trend-in icmalçısı

Elmira Tariverdiyeva, Trend-in Avropa redaksiyasının icmalçısı

Vaşinqton və Moskvanın son danışıqları Varşavanı Polşanın böyük qərbli müttəfiqlər üçün əhəmiyyəti haqqında düşünməyə vadar edib. Ölkə, tarixi ərzində polyak maraqlarının növbəti dəfə böyük siyasətə "qurban" verilməsinə hazırdır.

Prezidentlər tərəfindən şərh edilmiş və hökumətlərin mətbuat katibləri tərəfindən açması verilmiş məxfi, ancaq KİV-in əlinə keçmiş, ABŞ Prezidentinin Rusiya rəhbərliyinə İranın raket-nüvə planlarına qarşı birgə uğurlu müqavimət halında Avropadakı üçüncü mövqe rayonundan imtina təklifi, siyasətçilər və politoloqların fikirlərində əsl qarışıqlıq yaratdı. İlk növbədə də ABŞ üçün əvəzolunmaz olduğundan əmin olan polyakların fikirlərində çaşqınlıq var.

Polyakların yaddaşında Polşanın qərbli müttəfiqlərinin SSRİ SQ baş komandanı İosif Stalinlə yaxşı münasibətlər yaratmaq üçün onu sovet işğalına verdiyi İkinci Dünya müharibəsi haqda xatirələr hələ də təzədir.

Axı hələ yayda Polşanın xoşbəxtliyi necə də mümkün görünürdü. Prezident kiçik Corc Buş administrasiyasının Polşanın ABŞ üçün əməlli-başlı müflislik səviyyəli təklifinə razılıq verilmişdi. Bunun əvəzində Polşa və Çexiyada RƏM sisteminin yerləşdirilməsi haqqında müqavilə imzalanması nəzərdə tutulmuşdu. ABŞ bunu İranın nüvə başlıqlı raketlərindən avropalı müttəfiqlərinin qorunması üçün vacib olduğunu bildirmişdi.

Müqavilə Polşanın Slupsk şəhərinin yaxınlığında ABŞ RƏM sisteminin 10 yaxalayıcı-raketi üçün baza tikintisini nəzərdə tuturdu.

Müqavilə ilə bərabər, Polşaya hər hansı "üçüncü dövlət"in hücumu zamanı ABŞ-ın hərbi yardımını nəzərdə tutan Polşa-ABŞ hərbi-siyasi bəyannamə imzalanır.

Polşa tərəfinin israrı ilə ABŞ, Polşadakı Amerika RƏM sisteminə cavab olaraq Kalininqradda Rusiya tərəfindən quraşdırılması gözlənilən "İskander" raket komplekslərindən müdafiə üçün nəzərdə tutulan "Petriot-2" RƏM raketlərini təqdim etməyi də öz üzərinə götürüb.

Hər şey yaxşı gedirdi. Ancaq Barak Obamanın ABŞ hakimiyyətinə gəlməsindən sonra Birləşmiş Ştatlar rəhbərlərinin daha tez-tez Avropada üçüncü mövqe rayonunun yerləşdirilməsinin ya dayandırılması, ya da ondan imtina haqda açıqlamaları səslənir ki, bu da polyakların neqativ reaksiyasına səbəb olur.

"RƏM Polşa üçün çox vacibdir", - Polşa Prezidenti Lex Kaçinski hesab edir. "Söhbət heç də nüvə silahı əldə edə biləcək başqa ölkələr tərəfindən təhlükədə deyil. Bu sadəcə siyasi nöqteyi-nəzərdən çox vacibdir", - Kaçinski deyib. Associated Press agentliyi xəbər verir ki, o, öz narahatçılığını martın 8-də TVN 24 telekanalının efirində dilə gətirib.

Məhz Kaçinskinin bu bəyanatında ölkənin böyük dövlətlərin danışıqlarında xırda pul kimi qalmaq tarixi kimi şüuraltı qorxusu sezilir. Bu, hələ yeni ABŞ administrasiyasının yaxınlarda dilə gətirdiyi əməkdaşlıq haqda təminatına baxmayaraq belədir.

Prezident Obama martın 5-də ilk dəfə açıq şəkildə söz verib ki, Rusiya ilə RƏM məsələsinin diskussiyasına baxmayaraq Vaşinqton həm özü, həm də NATO çərçivəsində Polşa və Çexiyanın tam təhlükəsizliyini təmin etmək niyyətindədir.

Vaşinqton Polşada RƏM bazasının peyda olub-olmamasından asılı olmayaraq komplekslər batareyasını təqdim etməyə söz verib. İlk baxışdan bu, ölkənin ərazisində qitələrarası ballistik raketlərin yerləşdirilməsindən asılı olmayaraq yaydakı müqavilənin əsas nəticəsi kimi görünür.

Ancaq Varşava, Barak Obama administrasiyasının özünün Rusiya ilə münasibətlərinin yaxşılaşdırılması üçün Qərbi Avropanın Yaxın Şərqdən müdafiəsinə hesablanmış raket qalxanından imtina etməsinə olan təəssüfünü gizlədə bilmir.

Və böyük siyasət nöqteyi-nəzərindən bunda heç bir qeyri-adi bir şey yoxdur. Lap NATO və Aİ-nin üzvü olsa belə, balaca Polşa Qərb üçün dünyanın ən böyük ölkəsi Rusiya kimi əhəmiyyət daşımayacaq. Polşa İkinci Dünya müharibəsinin tarixi dərslərini nəzərə alsaydı, o, iki böyük dövlətin danışıqlarında ikinci dərəcəli roluna daha rahat münasibət göstərərdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti