...

Tbilisidə Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi yaradılıb

Siyasət Materials 11 Mart 2009 17:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirtsxaliya /

Martın 10-da Tbilisidə Gürcüstandakı Azərbaycanlı İş Adamları İctimai Birliyinin və Azərbaycan şirkətlərinin təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev də iştirak edib, - bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən Trend-ə bildirilib.

Diplomat Birlik Azərbaycan biznesinin ölkə hüdudlarından kənarda, həmçinin Gürcüstanda inkişafına şərait yaratmasına əminliyini bildirib. Səfir hesab edir ki, bu kimi birliklərin yaradılması.azərbaycanlı iş adamlarının "Azərbaycanın strateji tərəfdaşı olan" Gürcüstanda fəaliyyətinin inkişafı istiqamətində  Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsinin əyani nümunəsidir.

Gürcüstanda hazırda 22 Azərbaycan şirkəti fəaliyyət göstərir.

Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun başçısı Qənirə Paşayeva, Milli Məclisin deputatı Dünyamin Xəlilov və digər çıxış edənlər Bakının Azərbaycanın iqtisadi potensialının sonrakı inkişafı istiqamətindəki siyasəti haqqında söhbət aparıblar.

Tədbirdə, həmçinin Milli Məclisin deputatları Gültəkin Hacıyeva, Azərbaycanın İxracat Təşviqi və İnvestisiya Fondunun prezidenti Rəhim Hüseynov da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti