...

Azərbaycanın qeyri-hökumət təşkilatı 118 seçki dairəsində "exit-poll" aparacaq

Siyasət Materials 13 Mart 2009 12:08 (UTC +04:00)
Azərbaycanın qeyri-hökumət təşkilatı 118 seçki dairəsində "exit-poll" aparacaq

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumda yerli qeyri-hökumət təşkilatları birgə "exit-poll" (alternativ səsvermə aparılması) və müşahidəçilik missiyası həyata keçirəcəklər.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "ELS" Müstəqil Araşdırma Mərkəzi referendumda 118 seçki dairəsinin 800 məntəqəsində "exit-poll" aparacaq, cümə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən brifinqdə mərkəzin rəhbəri İradə Yaqubova bildirib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Yaqubovanın sözlərinə görə, referendumda "exit-poll" aparmaq üçün Mərkəzi Seçki Komissiyasında akkreditə olunublar.

Müşahidəçilik missiyasını isə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı aparacaq. Qərargahın rəhbəri Məhərrəm Zülfüqarlı tədbirdə deyib ki, təşkilat 118 dairənin 3000 məntəqəsində müşahidəçilik missiyasını həyata keçirəcək.

"Exit-poll"un yekun nəticələri referendumdan sonrakı gün açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti