...

Rusiya ilə müharibəni arzulamaq üçün səfeh olmaq lazımdır – Gürcüstan parlamentinin spikeri

Siyasət Materials 17 Mart 2009 17:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirtsxalia /

"Rusiya ilə müharibə və pis münasibətləri arzulamaq üçün səfeh olmaq lazımdır", - deyə bu gün Gürcüstan parlamentinin sədri David Bakradze Gürcüstan idmançıları ilə görüş öncəsi bildirib.

"Rusiya böyük ölkədir və Gürcüstan üçün böyük bazardır. Gürcüstan ilə Rusiya arasında ənənəvi turizm və iqtisadi əlaqələr də mövcuddur. Biz Rusiya ilə yaxşı münasibətlərə malik olmaq istəyirik, lakin biz buna ölkəmizin suverenliyi, Sxinvali və Abxaziya bahasına nail ola bilmərik", - deyə Bakradze qeyd edib.

Onun sözlərinə görə, avqust müharibəsindən sonra ölkədə yaranan əsas problemlərdən biri işğal olunmuş ərazilərdir. "Rusiyanın Gürcüstanda - Tbilisidə, Suxumidə və Sxinvalidə üç səfirliyinin olması da mümkün deyil", - deyə spiker əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti