...

Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda AŞ PA müşahidəçiləri seçicilərin fəal olduqlarını qeyd edirlər

Siyasət Materials 18 Mart 2009 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda Avropa Şurası Parlament Assambleyasının (A, PA) müşahidəçiləri seçicilərin fəal olduqlarını qeyd edirlər.

AŞ PA müşahidəçiləri səsvermə günü paytaxtın bir sıra seçki məntəqələrinə baş çəkiblər, Bakının Yasamal və Suraxanı rayonlarındakı seçki məntəqələrində səsvermə prosesini müşahidə ediblər.

Missiya referendumu yalnız Bakıda müşahidə etməyi planlaşdırır.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib  

Xəbər lenti

Xəbər lenti