...

Referendum üzrə seçicilərin iştirakı Bakıda 26-30 faiz təşkil edir

Siyasət Materials 18 Mart 2009 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Z.Əhmədov /

Bakıda referendum üzrə seçicilərin yerli vaxtla saat 13:00-a olan iştirakı təqribən 26-30 faiz təşkil edir. Trend -a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Məhərrəm Zülfüqarov bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti