Türkmənistan, Aşqabad, 19 mart / Trend , müxbir H.Həsənov /
Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) Aşqabadda təhlükəli radiaktiv maddələrin aşkar edilməsi, onların kodunun müəyyən edilməsi və mənbəyinin identifikasiyası üçün son nəsil xüsusi cihazların prezentasiyasını keçirir", - dövlət xəbər xidməti "Türkmen dövlət xəbərləri" (ТDХ) məlumat verir.
Bu gün işini davam etdirən və Türkmənistan Prezidenti yanında Ali Elmi-Texniki Şuranın iştirakı ilə təşkil edilmiş seminarda hüquq-mühafizə orqanlarının, dövlət sərhəd və gömrük xidmətlərinin, eləcə də XİN və Səhiyyə nazirliklərinin əməkdaşları iştirak edib.
Türkmənistan MAQATE ilə 2005-ci ildən işləyir. O zaman nüvə silahının yayılmaması üzrə razılaşma ilə bağlı təminatların tətbiqi haqda müqavilə imzalanıb. Sənədə əsasən, Türkmənistan hər il beynəlxalq ekspertlərə təminata daxil olan nüvə və ionlaşdırılmış materialların uçotu, eləcə də bu materialların istifadə olunduğu yüksək dəqiqlikli avadanlıqlar haqda məlumatları təqdim etmək öhdəliyini öz üzərinə götürüb.
Bununla yanaşı, hesabat sənədlərinin hazırlanması və nəzarəti, maraqlı nazirlik və qurumların əməkdaşları üçün tədris seminarları və treninqlərin birgə təşkili funksiyaları Ali Şura yanında "Günəş" elmi-istehsal birliyinin üzərinə qoyulub.
"Bu forum müstəqil neytral Türkmənistanın öz üzərinə götürdüyü öhdəliklər baxımından, insanların rifahı məqsədi ilə müsbət əməkdaşlıq kursunu bir daha nümayiş etdirir", - ТDХ qeyd edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]