...

Türkmənistan parlamenti "Xaricdə olan Türkmənistan mülkiyyəti barədə" qanun layihəsi hazırlayır

Siyasət Materials 24 Mart 2009 13:40 (UTC +04:00)

Türkmənista, Aşqabad, 24 mart / Trend , müxbir H.Həsənov /

"Neytral Türkmənistan" qəzetinə verdiyi müsahibədə Türkmənistan Məclisinin (parlament) beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Batı Berdiyev bildirib ki, Türkmənistan Məclisi "Xaricdə olan Türkmənistan mülkiyyəti barədə" qanun layihəsi ilə bağlı hazılıq işləri aparır.

Onun sözlərinə əsasən, qanun layihəsi Türkmənistanın ölkədən kənarda yerləşən mülkiyyətinin təşkilati və hüquqi idarə olunmasını, mülkiyyətin qeydiyyat aparılması mexanizmlərinin yaradılmasını, onun səmərəli istifadəsi istqamətində nəzarətin gücləndirilməsini, eləcə də beynəlxalq razılaşmalar zamanı mülkiyyət hüququ baxımından Türkmənistanı təmsil edən icra hakimiyyətlərinin səlahiyyətlərinin müəyyən olunmasını nəzərdə tutur.

Berdiyevin sözlərinə əsasən, Türkmənistanın xarici iqtisadiyyatı dünya ölkələri ilə münasibətlərin genişlənməsi, beynəlxalq təşkilatlar və müxtəlif beynəlxalq strukturlarla sıx qarşılıqlı əlaqələr qurmaqla xarakterizə olunur.

"Bunula yanaşı, işimizi görərkən milli parlamentin keçmiş heyətinə qarşı olan tənqidləri də nəzərə almalıyıq. Söhbət ondan gedir ki, Məclisin əvvəlki heyəti beynəlxalq hüququn öyrənilməsi və qanunvericiliyimizin beynəlxalq hüquqa uyğunlaşdırılması istiqamətində kifayət qədər iş görməyib", - komitə rəhbəri deyib.

Beynəlxalq və parlamentlərarası əlaqələr üzrə komitə üzvləri müvafiq nazirliklər və idarələrlə məsləhətləşmələr apardıqdan sonra yaxın gələcəkdə qəbul ediləcək qanun layihələrinin siyahısını hazırlayıblar. Hazırda "Türkmənistanda beynəlxalq təşkilatların statusu barədə" qanun layihəsinin hazırlıq işləri aparılır.

Parlamentdə təmsil olunan digər komitələr Cinayət-Prosessual Məcəllənin, Əmək və Sanitar Məcəllənin, eləcə də digər hüquqi normativlərin hazırlanması ilə məşğuldurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti